"Bizim komandamız yetərincə güclüdür və bu səbəbdən heyəti gücləndirməyə qadir oyunçu tapmaq asan deyil".
Fanat.Az "Liverpool Echo"ya istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Arne Slot deyib.
Niderlandlı mütəxəssis "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendinin "qırmızılar"a keçməkdən imtina etdiyi barədə yayılan məlumatların doğru olduğunu bildirib:
"Subimendi bizim transfer etmək istədiyimiz oyunçulardan biri idi. Amma o, "Liverpul"a gəlmək istəmədi. İndiki heyətlə yolumuza davam edəcəyik".
Qeyd edək ki, Subimendi 2020-ci ildən "Real Sosyedad"ın uğurları üçün çalışır. Ötən mövsüm klubunun forması ilə bütün turnirlərdə 45 matça çıxan İspaniya millisinin üzvü 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat