İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində avqustun 18-də "Çelsi"nin qonağı olacaq "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola oyun ərəfəsində açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:
"İstirahətə təbii ki, vaxt ayırırıq. Bu məqama diqqətlə yanaşmaq lazımdır. "Çelsi"yə qarşı istirahət günü keçirəcəyimiz oyundan ən yaxşı nəticə tələb edirəm. Bilirik ki, mümkün qədər qısa müddətdə çox xal toplamalıyıq. Hamıya bəllidir ki, ən yaxşı formada deyilik, amma bunun önəmi yoxdur. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Düşünmürəm ki, hazırda ideal komandaların sayı çoxdur. Mövsüm uzundur. Futbolçuların psixoloji hazırlığı olduqca önəmlidir. Bunun üçün onlara istirahət lazımdır".
Nihat