"Liverpul" Avropanın 7 ən güclü liqaya sahib ölkələrin elita təmsilçiləri arasında (132 komanda) bu yay transfer etməyən yeganə klubdur.
Fanat.Az xəbər verir ki, "qırmızılar" son olaraq 2023-cü ilin yayında yeni adlara ehtiyac duyublar.
Həmin vaxt Liverpul təmsilçisi Dominik Soboslai, Aleksis Mak Alister, Rayan Qravenberx və Vataru Endonu sıralarına cəlb edib.
Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində bu gün səfərdə "İpsviç Taun"la qarşılaşacaq.
Nihat