Fransa çempionatı "Olimpik Lion" üçün uğursuz start götürüb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda səfərdə "Renn"ə 0:3 hesabı ilə uduzub.
"Opta Sports"-un hesablamasına görə, bu məğlubiyyət “uşaqlar”ın son yetmiş ildə çempionatın açılış matçlarındakı ən böyük yenilgisi olub. Sonuncu dəfə “Olimpik Lion” 1954-cü il avqustun 22-nə təsadüf edən çempionatın açılış matçında “Nitsa”ya daha pis hesabla uduzub – o zaman komanda 3:7 hesabı ilə məğlub olub.
"Olimpik Lion" növbəti turda doğma meydanda “Monako” ilə qarşılaşacaq. Bu görüş avqustun 25-də baş tutacaq. Fransa nəhəngi ötən mövsüm liqa cədvəlini 6-cı pillədə başa vurub.
Mirağa