Maliyyə feyr-pleyinə əməl etməyə çalışan "Barselona" sanksiyadan yayınmaq üçün aparıcı oyunçularından birini satmağa çalışır.
Fanat.Az xəbər verir ki, bu mənada Ferran Torresə müştəri tapılıb.
"Barselona"nın vingerinə İngiltərə Premyer Liqasının imkanlı klublarından olan "Nyukasl" elçi düşüb. Bu barədə "Football Insider" məlumat yayıb. Mənbənin məlumatına görə, "sağsağanlar" 24 yaşlı Avropa çempionu üçün yeni təklif hazırlayır.
Kataloniya nəhənginin rəhbərliyi maliyyə vəziyyətini sabitləşdirmək üçün yay transfer pəncərəsi bağlanana qədər Torreslə ayrılmaq istəyir.
"Barselona" ispan futbolçunu 2022-ci ilin əvvəlində "Mançester Siti"dən 55 milyon avroya alıb. İndi futbolçunun dəyəri daha aşağı qiymətləndirilir. "Transfermarkt" onun qiymətini 30 milyon avro dəyərləndirir.
Mirağa