Beynəlxalq yarışlardan uzaqlaşdırılan Rusiya millisi hələlik yoldaşlıq görüşləri keçirməklə kifayətlənir.
Fanat.Az xəbər verir ki, qonşu ölkənin futbol yığması sentyabrdakı pəncərə dönəmində iki yoldaşlıq oyunu keçirəcək.
Bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Rəqiblər Vyetnam və Tailand olacaq. Yoldaşlıq turnirinin oyunları Vyetnamın paytaxtı Hanoyda keçiriləcək. Ruslar sentyabrın 5-də Vyetnamla, iki gün sonra isə Tailandla qarşılaşacaq.
Tailand millisi FİFA reytinqində 101-ci, Vyetnam isə 115-ci yerdədir.
Rusiya millisi 2024-cü ildə artıq iki yoldaşlıq oyunu keçirib, Serbiya və Belarusu eyni hesabla məğlub edib - 4:0.
Mirağa