"Qalatasaray"ın vingeri Kerem Aktürkoğlu Rusiya çempionatında oynamaq fikrindən vaz keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Xəbərə görə, Moskva "Spartak"ı ilə uzun müddətdir danışıq aparan oyunçu ruslarla şəxsi müqavilənin şərtlərini razılaşdırsa da, son anda fikrini dəyişib. Mənbə onun Avropadan yeni təklif gözlədiyini, amma bu, baş verməyəcəyi təqdirdə, "Qalatasaray"da qalacağını vurğulayıb.
Daha öncə "Milliyet" nəşri Keremin paytaxt təmsilçisinə "hə" dediyini, Moskva klubunda illik 3 milyon avro maaş alacağını və "Qalatasaray"ın bu keçiddən 12 milyon avro qazanacağını açıqlamışdı.
Qeyd edək ki, ötən mövsüm İstanbul klubunun forması ilə bütün turnirlərdə 54 matça çıxan Aktürkoğlu 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "aslanlar"la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Nihat