"Barselona" klubu digər La Liqa təmsilçisi "Jirona"nın vingeri Oskar Urenanı transfer edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Dominikan Respublikasından olan futbolçu indilik "blauqrana"nın ehtiyat komandasında çıxış edəcək.
Qeyd edək ki, Urena "Jirona"nın yetirməsidir.