"Bayern Münhen"in yeni transferi Joau Palinya gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Almaniya Bundesliqasının rəsmi saytı portuqaliyalı yarımmüdafiəçinin sözlərini belə çatdırıb:
"Böyük çağırış gözləyirəm. Bilirəm ki, bu, çox sayda keyfiyyətli futbolçunun çıxış etdiyi mürəkkəb liqadır. Daha təcrübəli komanda yoldaşlarım mənə deyiblər ki, Bundesliqada oynamaq fiziki güc tələb edir. "Bayern" forması ilə meydana çıxacağım anı səbirsizliklə gözləyirəm. "Alyans Arena"dakı ab-havanı görmək istəyirəm. Bilirəm ki, biletlərin çoxu satılıb. İstənilən futbolçu dolu tribunalar önündə oynamaqdan qürur duyur".
Qeyd edək ki, 28 yaşlı Palinya ötən mövsüm "Fulhem" forması ilə bütün turnirlərdə 39 matça çıxıb. Bu qarşılaşmalarda 4 qol vuran Joau 1 məhsuldar ötürmə ilə də yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat