İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi Markos Akunya karyerasını Argentinada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 32 yaşlı oyunçu "River Pleyt"ə keçib.
Məlumatı Argentina klubunun mətbuat xidməti yayıb. Orta xətt oyunçusu müddəti 2027-ci ilə qədər olan müqaviləyə qol çəkib.
Qeyd edək ki, 2020-ci ildən "Sevilya"da çıxış edən Akunya Əndəlüs komandasında 112 matça çıxaraq 6 qol vurub.