İtaliyanın "Milan" klubunun cinah hücumçusu Rafael Leau üçün "Barselona"dan hansı məbləği tələb etdiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbə "qırmızı-qaralar"ın İspaniya nəhəngindən 175 milyon avro istədiklərini vurğulayıb. Xəbərə görə, tərəflər hazırda danışıqları davam etdirir və portuqaliyalı futbolçunun özü "Barsa"ya keçməkdə maraqlıdır.
Qeyd edək ki, 25 yaşlı Leau ötən mövsüm "Milan" forması ilə bütün turnirlərdə 47 matça çıxaraq 15 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.
Nihat