Ötən mövsümün sonunda Dortmund "Borussiya"sından ayrılan Mats Hummels karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Xəbərə görə, "Real Sosyedad" almaniyalı mərkəz müdafiəçisinə 1 illik müqavilə təklif etməyə hazırdır. Mənbə Roben Le Normanı "Atletiko Madrid"ə satan İspaniya təmsilçisinin idarəçilərinin Hummelsin təcrübəsinə güvəndiklərini vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 40 matça çıxan Hummels 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat