"Çelsi"nin və İngiltərə yığmasının yarımmüdafiəçisi Konor Qallaher karyerasını İspaniya nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu "Atletiko Madrid" ilə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayacaq.
Məlumatı Madrid təmsilçisinin mətbuat xidməti yayıb.
İspaniya mətbuatı bu keçidin "Atletiko"ya 40-45 milyon avroya başa gələcəyini vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 50 matça çıxan Qallaher 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat