"Mançester Yunayted"lə müqavilə yeniləyən Brunu Fernandeş anlaşma ərəfəsində rəhbərlikdən nə tələb etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan sözləşməyə imza atan kapitanın sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Çempionluq tələb etməmişəm. Bilirəm ki, buna heç kim təminat verə bilməz. Amma bizim mövsüm ərzində bütün titullar uğrunda mübarizə aparmağa qadir komandamız olmalıdır. Biz rəqabət üçün ən yüksək səviyyədə çıxış etməliyik. Məncə, klub da rəqabəti artırmağın vacibliyinin fərqindədir və heyətə mümkün qədər çox sayda yaxşı futbolçu cəlb etməkdə maraqlıdır. Görürəm ki, bu yöndə işlər gedir".
Xatırladaq ki, Fernandeş 2020-ci ildən MY-nin formasını geyinir. O vaxtdan bəri "qırmızı şeytanlar"ın forması ilə 235 matça çıxan portuqaliyalı 79 qol və 67 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat