Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Anxel Di Maria karyerasının ən pis məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu ESPN-ə bu barədə belə deyib:
“Ən pis məşqçim Van Qal olub. Bunu sizə tərəddüd etmədən, fikirləşmədən deyə bilərəm. Əslində, siz özünüz də soruşmadan təxmin edə bilərdiniz".
Di Maria 2014-2015-ci illərdə "Mançester Yunayted"də Van Qalın rəhbərliyi altında çıxış edib. Həmin illər onun karyerasının ən pis dövrlərindən biri olub. O, ən az oyun keçirib (32) və ən az qol vurub (4).
Van Qal 2019-cu ildə BBC-yə verdiyi müsahibədə Di Marianın zəif oyununu Premyer Liqadakı təzyiqlə əlaqələndirmişdi: "Onu hücumda bütün mövqelərə qoydum və heç birində ümidimi doğrultmadı".
Mirağa