UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı (CFCB) “Roma”nı maliyyə feyr-pley prinsipini pozduğuna görə 2 milyon avro cərimələyib.
Fanat.Az xəbər verir ki, məlumatı qitə futbol qurumunun mətbuat xidməti yayıb.
Paytaxt klubu 2023-cü maliyyə ili üçün həddi aşıb.
UEFA Türkiyə təmsilçisi "Başakşehir"i də ötən mövsümündə yekun göstəriciləri pozduğuna görə cəzalandırıb. Klub cari mövsümdə futbol gəlirləri qaydalarına əməl etməsə, növbəti avrokuboklardan kənarlaşdırılacaq. İstanbullular 2024/25 mövsümündə avrokuboklara girişi 23 futbolçu ilə məhdudlaşdırılacaq. Bundan əlavə, klub 100 min avro cərimələnib və yeni oyunçuların qeydiyyatına məhdudiyyət qoyulması ilə cəzalandırılıb.
Mirağa