İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunun İsveçrə yığması ilə oyununda iştirak etməyəcək.
Fanat.Az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu zədə səbəbindən matçı buraxacaq.
Olmo Serbiya seçməsinə qarşı Millətlər Liqasının ilk turunda keçirdikləri oyunda (0:0) zədələnib.
26 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsində 55 milyon avro və müxtəlif bonuslar qarşılığında “Leyptsiq”dən “Barselona”ya keçib.