PSJ rəhbərliyi komandanın baş məşqçisi Luis Enrike ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə Paris klubunun bosslarının Enrikeni gələcək planların əsas parçalarından biri saydıqlarını və onunla müqavilə yenilənəcəyini vurğulayıb. Hazırda 54 yaşlı mütəxəssisin bu yay PSJ-ni "Real Madrid"ə dəyişən Kilian Mbappenin yerinə ulduz futbolçu axtardığı bildirilib.
Qeyd edək ki, Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Paytaxt təmsilçisi ötən mövsüm ispan çalışdırıcının rəhbərliyi altında Liqa 1-in, Fransa Kubokunun və Fransa Superkubokunun qalibi olub.
Nihat