UEFA Millətlər Liqasında 2-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, A, C və D liqalarında ümumilikdə 9 matç baş tutub.
Millimizin rəqiblərindən İsveç evdə Estoniya üzərində qələbə qazanıb.
Sin Avropa çempionu İspaniya səfərdə İsveçrəyə böyük hesabla qalib gəlib.
İlk turda Xorvatiyadan güclü olan Portuqaliya ardıcıl ikinci qələbəsini Şotlandiya üzərində əldə edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
8 sentyabr
A Liqası, 1-ci qrup
Xorvatiya – Polşa 1:0
Qol: Modriç, 52.
Portuqaliya – Şotlandiya 2:1
Qol: B.Fernandes, 54. Ronaldu, 88 – Maktominey, 7.
Xal: Portuqaliya – 6. Xorvatiya – 3. Polşa – 3. Şotlandiya – 0.
A Liqası, 4-cü qrup
Danimarka – Serbiya 2:0
Qollar: Qronbaek, 36. Poulsen, 61.
İsveçrə – İspaniya 1:4
Qollar: Amduni, 41 – Xoselu, 4. F.Ruis, 13; 77. F.Torres, 80.
Xal: Danimarka – 6. İspaniya – 4. Serbiya – 1. İsveçrə – 0.
C Liqası, 1-ci qrup
Slovakiya – Azərbaycan 2:0
Qollar: Duda, 22-pen. Streleç, 26.
İsveç – Estoniya 3:0
Qollar: Qyokereş, 30; 44. İsak, 40.
Xal: İsveç – 6. Slovakiya – 6. Estoniya – 0. Azərbaycan – 0.
C Liqası, 3-cü qrup
Lüksemburq – Belarus 0:1
Qol: Qromko, 76.
Bolqarıstan – Şimali İrlandiya 1:0
Qol: Despodov, 40.
Xal: Belarus – 4. Bolqarıstan – 4. Şimali İrlandiya – 3. Lüksemburq – 0.
D Liqası, 1-ci qrup
Cəbəllütariq – Lixtenşteyn 2:2
Qollar: Uolker, 8. Skanlon, 90+7 – F.Sağlam, 53. Hasler, 90+14-pen.
Xal: San Marino – 3. Cəbəllütariq – 1. Lixtenşteyn – 1.