"FourFourTwo" portalı futbol tarixinin ən yaxşı italyan məşqçilərinin reytinqini dərc edib.
Fanat.Az sözügedən mənbəyə istinadla xəbər verir ki, siyahıda birinci yeri “Real Madrid”in hazırkı çalışdırıcısı Karlo Ançelotti tutub.
Bu mütəxəssis ötən mövsüm “kral klubu”na UEFA Çempionlar Liqasında və İspaniya La Iiqasında çempionluq qazandırıb.
İkinci yerdə “Yuventus” və “Milan”ın keçmiş baş məşqçisi Covanni Trapattoni qərarlaşıb. İtalyan mütəxəssislərdən ibarət ilk "üçlüy"ü "Milan", "Atletiko Madrid" və "Parma"da çalışmış Arriqo Sakki tamamlayır.
Fabio Kapello 4-cü, Vittorio Pozzo isə 5-ci yerdə qərarlaşıb.