"Arsenal"ın dayaq yarımmüdafiəçisi Tomas Parti iş yerini dəyişə bilər.
Fanat.Az "Caught Offside" portalına istinadən xəbər verir ki, London klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan 31 yaşlı oyunçunun xidmətində "Barselona" maraqlıdır.
Mənbə Partini "Atletiko Madrid", "Yuventus", "Əl-Hilal" və "Əl-Əhli" kimi klubların da istədiklərini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "topçular"ın forması ilə bütün turnirlərdə 3 matça çıxan Parti 1 qol vurub. "Transfermarkt" portalı orta xətt oyunçusunun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat