İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının 2-ci turunda səfərdə İsveçrə millisi üzərində qazandıqları qələbəni (4:1) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Biz öz ölkəmiz üçün vacib olanı edirik. Axı insanlar üçün İspaniya millisinin çıxışı önəmli məsələdir. Öz uşaqlarımla və məni təəccübləndirməkdən usanmayan milli ilə qürur duyuram".
Qeyd edək ki, İspaniya millətlər Liqasının 3-cü turunda ilk iki oyunda iki qələbə qazanan Danimarkanı qəbul edəcək.
Nihat