Fransa millisinin hücumçusu Antuan Qrizmann onun üçün ən uyğun mövqeyin hansı olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu gün Millətlər Liqasının 2-ci turu çərçivəsində bu gün Belçikanı qəbul edəcək "xoruzlar"ın forvardının sözlərini "Marca" belə çatdırıb:
"Mənim ən sevdiyim mövqe meydanın mərkəzində oynamaqdır. O ampluada yer alanda azadlıq hiss edirəm. Özümü ruhən hazır və rahat hiss etmək üçün meydanda azadlıq duyğusu ilə harmoniyada olmağım vacibdir. Oyunum daha çox beynimdəki düşüncələrlə, əhvalımla bağlıdır. Xoşbəxtəmsə, oyun planında hər şey qaydasında olur. Ancaq beynimdə suallar və şübhələr varsa, istədiyimi edə bilmirəm. Başıma Avropa çempionatında nə gəldiyini bilirsiz... Mənim başım sakit olmalı, özüm də mərkəzdə oynamalıyam ki, həm oyundan zövq alım, həm də başqaları çıxışımdan həzz alsın".
Xatırladaq ki, Fransa seçməsi Millətlər Liqasının 1-ci turunda öz meydanında İtaliyaya 1:3 hesabı ilə uduzub.
Nihat