İspaniya millisinin Millətlər Liqasının 1-ci turunda Serbiyaya qarşı keçirdiyi oyunda (0:0) zədələnən Daniel Olmonun "Barselona"nın sıralarına nə vaxt dönəcəyi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Xəbərə görə, Olmonun aldığı xəsarət ciddi deyil və onun bir neçə oyunu kənardan izləyəcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Mənbə 26 yaşlı oyunçunun La Liqanın növbəti turunda, sentyabrın 15-də baş tutacaq "Jirona" ilə matçda Kataloniya təmsilçisinə kömək edə biləcəyini vurğulayıb.
Xatırladaq ki, Olmo yay transfer pəncərəsində 55 milyon avro və müxtəlif bonuslar qarşılığında “Leyptsiq”dən “Barselona”ya keçib.