Niderland millisinin hücumçusu Vaut Veqhorst yığma komandanın dünən keçirdiyi məşqi yarımçıq tərk edib.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Xəbərə görə, o futbolkasını yerə çırpıb və velosipedə minərək millinin məskunlaşdığı otelə yollanıb. Mənbə Veqhorstun komanda yoldaşı Yurrien Timberlə oyun epizoduna görə mübahisə etdiyini, baş məşqçi Ronald Kumanın isə ona yüksək səslə iradını bildirdiyini vurğulayıb.
Xatırladaq ki, sözügedən məşq Niderlandın Millətlər Liqasında evdə Bosniya və Heseqovinanı 5:2 hesabı ilə yendiyi matçın ertəsi baş tutub. Həmin oyunda sonradan meydana çıxan Veqhorst qollardan birinə imza atıb.
Nihat