"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti qələbələri necə qeyd etdiyi barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" italiyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Rəqs etməyi, mahnı oxumağı, ailəm və dostlarımla vaxt keçirməyi sevirəm. Oxumaq üçün doğru zamanı seçmək də şərtdir. Mən yalnız stadionda və titul qazananda oxuyuram.
Yadıma gələn budur ki, cəmi bir dəfə futbolçularla avtobusda siqar çəkmişəm. Siqar çəkmirəm, amma ev mənə hədiyyə edilən siqarlarla doludur. Mənə həmişə saqqız da verirlər. Yalnız oyunlar zamanı çeynəyirəm".
Xatırladaq ki, Ançelottinin "Real"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat