İspaniya millisinin baş məşqçisi Lus de la Fuente rəhbərlik etdiyi komandanın 17 yaşlı cinah hücumçusu Lamin Yamaldan danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" ispan mütəxəssisin sözlərini belə çatdırıb:
"Lamin çox yaxşı futbolçudur. Onunku Allah vergisidir. Müqayisə aparmaq fikrində deyiləm. Bilirəm ki, müxtəlif dönəmlərdə müxtəlif uldulzr olub. Amma istedad elə şeydir ki, hamını bir-birindən fərləndirir. Superulduzlr, futbol dahiləri, kim bu idman növündə tarix yazıbsa, bunu xüsusi bacarığın hesabına edib. Onların hərəsində bir və ya bir neçə özəllik olub. Belələrini tanımaq çətin deyil. Gənc yaşda olduqlarından böyük görünürlər".
Xatırladaq ki, Yamal İspaniya çempionatları tarixində yaşı 18-ə çatmayan futbolçular arasında hamıdan çox məhsuldar göstəriciyə imza atıb. Qalibi adını qazandıqları AÇ-2024-ün ən yaxşı gənc oyunçusu seçilən Lamin indiyədək "Qızıl top" mükafatına namizəd olmuş ən gənc futbolçu ünvanına da sahib çıxıb.
Nihat