"Real Madrid"in hücumçusu Rodriqo Qoes adının "Qızıl top"a namizədlər arasında olmamasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Buna çox üzüldüm. Məncə, adımın namizədlər arasında olmasını haqq edirdim. Siyahıdakı oyunçuları aşağılamaq istəmirəm, amma mən orada olmalıydım. Adımı namizədlər arasında görmənək mənə pis təsir etdi. Nə edə bilərəm ki? Qərarı mən vermirəm".
Xatırladaq ki, 68-ci "Qızıl top" mükafatı sahibinə oktyabrın 28-də Parisdə baş tutacaq mərasimdə təqdim ediləcək.
Nihat