"Barselona" rəhbərliyinin klubun ağır zədə alan futbolçusu Mark Bernalla bağlı atacağı addım müəyyənləşib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçiyə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif olunacaq.
Xəbərə görə, Bernalın 18 yaşı tamam olanda sözləşməsi 2029-cu ilədək uzadıla bilər. Mənbə Kataloniya təmsilçisinin əsas komandasında 15 oyun keçirdikdən sonra gənc istedadın maaşının da artırılacağını vurğulayıb.
Qeyd edək ki, Mark La Liqanın 3-cü turunda “Rayo Valyekano”ya qarşı keçirdikləri oyunda (2:1) sıradan çıxıb. Onun sol dizinin çarpaz bağlarının qopub, həmçinin futbolçuda menisk zədəsi aşkarlanıb.