"Barselona"nın və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Paulinyo karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı oyunçu butslarını mıxdan asdığını sosial şəbəkə hesabında açıqlayıb.
Onun son iş yeri ölkəsinin "Korintians" klubu olub. Paulinyo milli forma ilə çıxdığı 56 oyunda 13 qolla yadda qalıb.