"Liverpul"un qapıçısı Kuivin Kelleher klubdakı durumundan narazıdır.
Fanat.Az xəbər verir ki, 25 yaşlı irlandiyalı mersisaydlıları tərk etməyə hazırlaşır.
O, bu barədə "This Is Anfield"-ə açıqlama verib: “Son bir neçə il ərzində mən "bir nömrə" ola biləcəyim yerə getmək istədiyimi açıq şəkildə rəhbərliyə çatdırırdım. Klub isə artıq yeni qapıçı (Georgi Mamardaşvili) almaq qərarına gəlib. Deyəsən, onlar başqa yolla getməyə qərar veriblər.
Bilirəm ki, “Liverpul” mənim transferimlə bağlı bir neçə təklifi rədd edib. Yəni ayrılmaq təkcə məndən asılı deyil. Amma ambisiyalarım aydındır. Mən müntəzəm oynamaq üçün kifayət qədər yaxşıyam".
Qeyd edək ki, Kelleher “Liverpul”un əsas heyətində indiyə qədər ümumilikdə 47 oyun keçirib və bu oyunda 59 qol buraxıb.
Mirağa