Norveç UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində Avstriyaya 2:1 hesabı ilə qalib gəlib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, skandinaviyalıların hesabında qələbə qolunu vuran Erlinq Holand rekord müəyyənləşdirməyə yaxınlaşıb.
İndi onun millidə 35 oyunda 32 qolu var. Rekord isə 1928-1937-ci illərdə yığma komandada çıxış edən və 45 matçda 33 qol vuran Yergen Yuveyə məxsusdur.
Başqa sözlə, Holand daha bir qol vursa, rekorda şərik olacaq.