"Atletiko Madrid"in ikinci komandasında çalışan Fernando Torres iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, onun əsas komandanın “sükanı arxası"na keçmək variantı var.
Bu barədə "Todofichajes" məlumat yayıb. Mənbənin məlumatına görə, Madrid nəhənginin rəhbərliyi komandanın baş məşqçisini dəyişmək barədə düşünür. 2011-ci ildən paytaxt klubunu çalışdıran argentinalı mütəxəssis Dieqo Simeonenin müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. “Atletiko”da isə artıq komandanın idarəçiliyini başqa mütəxəssisə həvalə etməyin vaxtı çatdığını ddüşünürlər.
“Atletiko” İspaniya çempionatının yeni mövsümündə dörd turdan sonra səkkiz xal toplayıb. Simeonenin yetirmələri turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Mirağa