"Yuventus"un yarımmüdafiəçisi Filip Kostiç karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu cari mövsümü icarə əsasında "Fənərbağça"da keçirəcək.
Məlumatı İstanbul klubunun rəsmi saytı yayıb.
Kostiç 2022-ci ildən "Yuventus"un futbolçusudur. Serb oyunçunun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat