Antoninin "Mançester Yunayted"dəki gələcək taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq "Ayaks"da da rəhbərliyi altında oynamış forvardın komandada qalmasında maraqlıdır. Mənbə futbolçunun özünün də digər klublardan aldığı təkliflərə rəğmən, iş yerini dəyişmək haqda düşünmədiyini vurğulayıb.
Xatırladaq ki, Antoni MY-yə 2022-ci ildə, 95 milyon avro qarşılığında "Ayaks"dan transfer olunub. Ötən mövsüm İngiltərə nəhənginin forması ilə 38 matça çıxan braziliyalı 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat