Fransa millisinin baş məşqçisi Didye Deşam Millətlər Liqasının 2-ci turunda keçirdikləri Belçikaya qarşı ev oyunundan (2:0) azarkeşlərin onu fitə basmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" mütəxəssisin sözlərini belə çatdırıb:
"Düzü, məni fitə basdıqlarını eşitməmişəm. Tənqidlərə gəlincə, mən buna qarşı immunitetlə doğulduğumu iddia etməyəcəm. Tənqid də futbolun bir parçasıdır. Məsuliyyətli insanam və hər şeyi ciddiyə alıram. Təzyiq birbaşa məni sarsıtmasa da, komandaya, ümumi ab-havaya təsirsiz ötüşmür. Hə, insanların narazılıqlarını dilə gətirməsini anlayıram. Amma komanda meydandadırsa, tribunaların təzyiqi Fransanın xeyrinə olmayacaq".
Xatırladaq ki, Fransa seçməsi Millətlər Liqasının 1-ci turunda evdə İtaliyaya 1:3 hesabı ilə uduzmuşdu.
Nihat