"Atletiko Madrid"in prezidenti Enrike Sereso kapitan Koke Resurrekyonun paytaxt klubundakı gələcəyi ilə bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Telecinco" onun sözlərini belə çatdırıb:
"Koke "Atletiko" ilə yeni müqavilə bağlayacaq. O, klubun əfsanəsidir. Koke ilə bir-birimizə ehtiyacımız var".
Xatırladaq ki, Koke 2011-ci ildən "Atletiko"nun uğurları üçün çalışır. Onun La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat