Şotlandiya millisinin sabiq baş məşqçisi Corc Burli ağır xəstəliyə yoluxub.
Fanat.Az xəbər verir ki, məlumatı onun əfsanəsi sayıldığı "İpsviç" (İngiltərə) klubunun mətbuat xidməti yayıb.
Burlinin xərçəng xəstəliyndən müalicə olunduğunu bildirilib.
68 yaşlı sabiq müdafiəçi 1973-1985-ci illərdə "İpsviç"də çıxış edib və ümumilikdə 500 oyun keçirib. Burli həmçinin 1994-2002-ci illər aralığında sözügedən komandanın baş məşqçisi də olub.
Qeyd edək ki, mütəxəssis 2008-2009-cu illərdə Şotlandiya millisini çalışdırıb.