"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu milli komandalardan birini nə vaxt çalışdıracağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis jurnalist Alfredo Pedullanın sualına belə cavab verib:
“Mənim məqsədim “Fənərbaxça”da uğur qazanmaqdır və mənim burada uzun müddət qalmağımı istəyirlər. Əvvəllər milli komandanı çalışdırmaq imkanlarım olub, amma həmişə imtina etmişəm. Bu, mənim xoşuma gələn iş tərzi deyil: ayda 1-2 oyun, oyunçuların yanına getmək, turnirləri gözləmək... Hazırda sərf edilməli olan çox enerjim var. Bəlkə bir gün qocalanda və yorğun olanda alındı, amma bu gün deyil”.
Qeyd edək ki, Mourinyu Türkiyə klubunun "sükanı arxası"na bu yay keçib.
Mirağa