Argentinalı mütəxəssis Maurisio Poçettinonun yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, o, ABŞ millisinin baş məşqçisi təyin olunub.
Bu barədə ABŞ Futbol Federasiyasının saytı məlumat yayıb. 52 yaşlı mütəxəssis millini 2026-cı il dünya çempionatına hazırlayacaq.
Qeyd edək ki, Poçettino son olaraq 2023-cü ilin yayından 2024-cü ilin mayına kimi Londonun “Çelsi” klubunu çalşdırıb.