Argentina millisinin hücumçusu Lautaro Martinez dünya çempionatının seçmə mərhələsində Kolumbiyaya məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, milli komandanın mətbuat xidməti forvardın dediklərini belə çatdırıb:
“Çətin matç oldu. İsti və quru meydan öz oyunumuzu göstərməyə imkan vermədi.
Seçmə mərhələ oyunlarının çətin olduğunu bilirik. Məğlubiyyəti qəbul edib irəli getməliyik. Müsbət cəhətlərimiz var, lakin biz başqa aspektlərdə təkmilləşməliyik”.
Qeyd edək ki, Argentina son seçmə oyunda Kolumbiyaya 1:2 hesabı ilə məğlub edib. Beləliklə, "Albiseleste" 2023-cü il noyabrın 17-dən bəri ilk dəfə uduzaraq 12 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub.
Son dünya çempionları 8 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.
Mirağa