Rusiya millisinin baş məşqçisi Valeri Karpin sentyabrın əvvəlində Vyetnamda keçirdikləri təlim-məşq toplanışının yekunları barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində səfərdən gileylənib:
"Bir həftənin iki gününü yolda keçirdim. Əvvəlcə, Rostovdan Moskvaya avtobusla 13 saat yarım yol getdim. Sonra Hanoya təyyarədə 10 saat uçduq. Moskvaya qayıtmaq üçün yenə təyyarədə 10 saat keçirdik. Nəhayət, Rostova 10 saata çatdım. Bu da 43 saat eləyir. Yəni yeddi gündən ikisi yola getdi.
Vyetnam hansı üç sözlə ifadə edə bilərəm? İstidir. Havasızdır. Tayfun".
Qeyd edək ki, Rusiya yığması sentyabrın 7-də Tailand ilə yoldaşlıq oyunu keçirməli idi, lakin Vyetnamda tüğyan edən güclü "Yaqi" qasırğası səbəbindən bu oyun ləğv edildi. Bundan əvvəl - sentyabrın 5-də isə ruslar yoxlama oyununda Vyetnamı 3:0 hesabı ilə məğlub etmişdi.
Mirağa