Meksika millisinin 39 yaşlı qapıçısı Gilyermo Oçoa 2026-cı ildə keçiriləcək dünya çempionatında yığmanın heyətində olmaq istəyir.
Fanat.Az xəbər verir ki, Portuqaliya Premyer Liqasında çıxış edən "ABC Sad" klubunun formasını geyinən qolkiper rekordçu ünvanına sahib çıxa biləcəyinə ümidlidir.
Belə ki, Oçoa DÇ-2026-ya qatılmağı bacarsa, o, futbol tarixində 6 dünya çempionatında oynamış yeganə kişi futbolçu olacaq.
Xatırladaq ki, Meksika seçməsinin baş məşqçisi Xavyer Aqirre Oçoanı yığmanın sentyabrda keçirəcəyi yoldaşlıq oyunlarına dəvət etməyib.
Nihat