Braziliya millisi dünya çempionatının seçmə mərhələsindəki son oyununda Paraqvaya uduzub (0:1).
Fanat.Az xəbər verir ki, “Real Madrid”in ulduz hücumçusu Vinisius Junior 90 dəqiqə meydanda olsa da, komandasına xal qazandıra bilməyib.
"Goal" portalı Vinisiusun matçdan sonra üzləşdiyi tənqidlərə diqqət çəkib. Braziliyalı fanatlar "Qızıl top"a namizəd olan hücumçunu kəskin tənqid hədəfinə çevirən şərhlər yazıblar. Portal onlardan bir neçəsini təqdim edib:
* “Biz Vinisiusun “Qızıl top”u qazanmasına icazə verə bilmərik. Bu, idman tarixindəki ən böyük cinayət olardı”.
* “Şişirtmirəm - Vinisius klubdakı çıxışları ilə müqayisədə, futbol tarixində ən pis milli oyunçusudur. O, heç vaxt Braziliya yığmasında yaxşı oynamayıb. Biz "Qızıl top"un gələcək qalibindən danışırıq”.
* “Zidanın həmişə Vinisiusu ehtiyatda qoyması səbəbsiz deyildi. O, Ançelottidən başqa bütün məşqçilərin rəhbərliyi altında dəhşətli idi. “Qızıl top”u alan kimi işi bitəcək”.
Mirağa