"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu sabiq komandası "Mançester Yunayted"in durumuna münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb:
"Əvvəllər də demişəm, "Mançester Yunayted"in yenidənqurmaya ehtiyacı var. Baş məşqçi deyir ki, komanda Çempionlar Liqasında qələbəyə oynaya bilməz. "Mançester Yunayted"in baş məşqçisi belə danışmalı deyil. O, komandanın potensialı buna imkan verməsə belə, bu şəkildə açıqlama verməməlidir.
Erik ten Haq Rud van Nistelroydan məsləhət alsa, bəlkə də işə yarayar. Klubu tanıyan insanları dinləmək lazımdır. Roy Kini, Pol Skoulzu, Rio Ferdinandı, ser Aleks Ferqyusona və başqalarına müraciət etmək olar. Bilmədən, tanımadan yenidənqurmaya başlamaq da doğru yol deyil".
Nihat