"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xidməti xəbər verir ki, məlumatı Premyer Liqanın mətbuatı yayıb.
24 yaşlı norveçli avqustda İngiltərə çempionatının üç oyununda iştirak edib və 7 qol vurub.
Holand karyerasında üçüncü dəfədir bu mükafata layiq görülür. Bundan əvvəl o, 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.
Mirağa