“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə çempionatında növbəti turun "Brentford"la matçını buraxa bilər.
Fanat.Az xəbər verir ki, "Daily Mail" bunu iddia edib.
Səbəb kimi Holandın ailə dostu İvar Eqqjanın ölümü göstərilib. Bildirilib ki, “şəhərlilər”in məşqçilər korpusu 24 yaşlı norveçliyə ailəvi səbəbə görə qısamüddətli məzuniyyətə çıxmağa icazə verəcək.
Mərhum Erlinqin atası Alf-İnqe Holandın keçmiş dostu, həmçinin İvarı "əmi" adlandıran hücumçunun sirdaşı olub.
"Mançester Siti" - "Brentford" matçı 14 sentyabrda Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Mirağa