15:28 13.09.2024 1150

İlk 5 tur nə göstərdi? - Aslan Kərimov ikisinin mövqeyində qalacağına inanmır

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Misli Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə başa çatdı. Geridə 5 tur qalıb və bu, hələ başlanğıc sayılır. Amma uğurlu startın nə qədər vacib amil olduğunu və 5 oyunun klubların real hazırlıq səviyyəsini üzə çıxardığını nəzərə alsaq, müəyyən fikirlər yürüdə bilərik. Bu yazıda ilk 5 pillədə mövqe tutan komandaların nə vəd etdiyi barədə düşündüklərimizi bölüşəcəyik.

Sürpriz lider - İddiası artan "Turan Tovuz"

Mövsümə tanınmış mütəxəsss Kuban Berdiyevlə start verən tovuzlular 13 xalla lider mövqeyində qərarlaşıblar. Əlbəttə, qərb təmsilçisinin hansı rəqiblərlə üz-üzə gəldiyinə diqqət yetirərkən bu kollektivin iddiasını yalnız sözdə deyil, əməldə göstərdiyinə şahidlik edərik. İlk matçda "Neftçi" ilə "quru sülh"ə razılaşan Tovuz komandası ardıcıl 4 qələbə qazanaraq bacarığını yetərincə parlaq şəkildə sərgiləyib. Berdiyevin standart düzümdən istifadə etməməsi, hər rəqiblə matçda fərqli sxemlərdən faydalanması özlüyündə maraqlı faktdır. Hiss olunur ki, 69 yaşlı çalışdırıcı öz ana üslubuna sadiqdir. Müdafiəyə xüsusi diqqət yetirən tovuzlular hələ qapılarında qol görməyiblərsə, əlavə şərhə ehtiyac yoxdur. Bəli, "Turan Tovuz" 5-ci turda "Səbail"ə qarşı keçirdiyi ev oyununda olduğu kimi, baxımlı oynamaya bilər, ancaq futbolda ən önəmli olan nəticədirsə, üstəlik, sözügedən kollektiv büdcə baxımından 3-4 uduzduğu komandaları məyus edirsə, deməli, hər şey plan üzrə gedir.

Razılaşaq ki, mövsümün startı ərəfəsində "bozqurdlar"ın fırtına kimi əsəcəyini, 5 turdan sonra top buraxmadan zirvədə məskunlaşacağını pronozlaşdıranı ciddiyə almazdılar. Görünən budur ki, komanda fiziki hazırlıq baxımından "axsamır" və oyunçular olduqca motivasiyalıdır. Qarşısına avrokuboklara vəsiqə hədəfi qoyulan "Turan Tovuz" indiki performansını qorumağı bacarsa, məqsədinə çatmaq ehtimalı yüksəkdir. 6-cı turda baş tutacaq "Sabah"la səfər matçında qazanılacaq xal və ya xallar həm turnir cədvəlindəki mövqe, həm də özünəinamın möhkəmlənməsi baxımından çox önəmlidir. 

"Neftçi" - "Turan Tovuz" 0:0
"Turan Tovuz" - "Sumqayıt" 1:0
"Kəpəz" - "Turan Tovuz" 0:3
"Qarabağ" - "Turan Tovuz" 0:1
"Turan Tovuz" - "Səbail" 1:0

"Sabah" "dirilir"

10 xalla ikinci sırada yer alan "Sabah" Konfrans Liqasındakı qeyri-sabit çıxışın ardından toparlanmağa başlayıb. 3 qələbə 1 heç-heçə və 1 məğlubiyyət müdafiə planında zəif təsir bağışlayan "bayquşlar" üçün pis göstərici sayıla bilməz. Krunoslav Renduliçin çalışdırdığı kollektivin 5-ci turda Tovuzda "Kəpəz" üzərində qazandığı qələbə qol vurmaq çatışmazlığından əziyyət çəkmədiyinə bariz nümunədir. 0:2 hesabı ilə geridə olan Masazır komandasının bunu autsayder "Kəpəz"lə görüşdə etməsi təbii ki, "hər şey əladır" fikrinə düşməyə kifayət etmir. Gəncə təmsilçisi həmin qarşılaşmada müdafiədə bərbad göründüyü və oyunçularının fərdi keyfiyyəti daha yaxşısına imkan vermədiyi üçün uduzdu. Yəni "Kəpəz" yox, tutaq ki, "Sumqayıt" olsaydı, böyük ehtimalla belə geridönüş qeydə alınmayacaqdı...

"Sabah" artıq Avropa ilə vidalaşıb və bütün diqqətini daxili turnirlərə - Misli Premyer Liqası və Azərbaycan Kubokuna yönəldəcək. Yaxşı büdcəsi olan klubun müdafiəyə "əl gəzdirməsi", Renduliçin hadisələrin yüksələn xətt üzrə inkişafını təmin etməsi çox vacibdir.

Qarşıdakı turda lider "Turan Tovuz"u qəbul edəcək "bayquşlar"ın fasilədən necə faydalandığını izləmək imkanımız olacaq. Məntiqlə, bu heyət avrokuboklara vəsiqə uğrunda mübarizə hədəfi ilə uzlaşır. 

"Sabah" - "Şamaxı" 2:2
"Sabah" - "Zirə" 0:2
"Neftçi" - "Sabah" 0:2
"Sabah" - "Sumqayıt" 3:1
"Kəpəz" - "Sabah" 2:3

"Qarabağ" elə "Qarabağ"dır

Ölkənin Avropadakı ən yaxşı təmsilçisinin, ötən mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ"ın 3-cü yerdə qərarlaşması adət etmədiyimiz mənzərədir. Digərlərindən fərqli olaraq, bu mövsüm də 3 cəbhədə mübarizə aparacaq Ağdam komandasını uduzduğu liderdən 4 xal ayırır. "Köhlən atlar"ın 5 yox, 4 oyun keçirdiyini də unutmayaq.

Qurban Qurbanovun çalışdırdığı kollektivin 3-cü turda "Şamaxı" ilə səfər oyunu Çempionlar Liqasının pley-offunda iştirakına görəc ertələnib. Artıq "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində çıxış edəcəyi dəqiqləşib və geniş heyətə malik bu komanda yenə də çempionluğa əsas namizəddir. 

"Araz-Naxçıvan" - "Qarabağ" 1:4
"Qarabağ" - "Kəpəz" 3:0
"Şamaxı" - "Qarabağ" (təxirə salınıb)
"Qarabağ" - "Turan Tovuz" 0:1
"Zirə" - "Qarabağ" 1:3

Ötənmövsümkü hal təkrarlanmasa...

7 xala malik "Araz-Naxçıvan" 4-cü yerdədir. Naxçıvan təmsilçisinin 7 xalı 5 deyil, 4 oyundan toplaması daha bir müsbət məqamdır. Unutmayaq ki, naxçıvanlılar Elmar Baxşıyevin rəhbərliyi altında yalnız "Qarabağ"a uduzublar. 1-ci turda ağdamlılardan alınan 1:4 hesablı darmadağın yalnız pis start anlamındadır və sonradan ortaya qoyulan performans xoş sözlərə layiqdir. İndi Baxşıyev özünün qurduğu heyətlə MPL-də sözünü deməyə çalışır və bu onda kifayət qədər yaxşı alınır.

"Qırmızı-ağlar"ın qarşısına hansı hədəf qoyulduğunu dəqiq bilmirik, lakin bu gedişlə Konfrans Liqasına vəsiqə uğrunda döyüşə bilərlər. Əlbəttə, ötənmövsümkü hal təkrarlanmasa...

Ümid edək ki, bu dəfə Naxçıvan komandası sabitliyi qışa yox, cari "futbol ili"nin sonunadək qoruyacaq və azarkeşlər amansız rəqabətə şahidlik edəcək.

"Araz-Naxçıvan" - "Qarabağ" 1:4
"Araz-Naxçıvan" - "Şamaxı" 1:0
"Zirə" - "Araz-Naxçıvan" (təxirə salınıb)
"Araz-Naxçıvan" - "Neftçi" 1:1
"Sumqayıt" - "Araz-Naxçıvan" 0:1

"Zirə" daha da formalaşıb

Tarixində ilk dəfə avrokubokların pley-off mərhələsinə qədər irəliləyən "Zirə" bu raundda Kipr "Omoniya"sına səfərdə 0:6 hesabı ilə yenildi və formallığa çevrilmiş ev oyununda təsəlliverici qələbə (1:0) qazandı. Ötən mövsümü 2-ci yerdə bitirən "qartallar"ın heyətindəki oyunçular artıq daha təcrübəli sayılırlar. Heyətə nəzər yetirsək, Rəşad Sadıqovun sərəncamında maraqlı futbolçular cəmləşib. Son olaraq "Neftçi"dən tanıdığımız nigeriyalı vinger Yusuf Lavalı da rənglərinə bağlayan qəsəbə komandasının 4 oyunda 2 qələbə, 2 məğlubiyyət görməsi orta səviyyəli statistikadır. Bildiyiniz kimi, "Zirə"nin 3-cü turda səfərdə "Araz-Naxçıvan"la keçirməli olduğu görüş pley-off matçlarına daha yaxşı hazırlaşa bilməsi üçün təxirə salınıb.

Avropa macərası başa çatan "qartallar"ın qarşıdakı turlarda daha inamlı görünəcəyini proqnozlaşdırmaq olar. Heyət əvvəlkindən zəngindirsə, ümumi təcrübə artıbsa, bizə proqnozların nə dərəcədə doğrulacağını gözləmək qalır.  

"Zirə" - "Səbail" 4:1
"Sabah" - "Zirə" 0:2
"Araz-Naxçıvan" - "Zirə" (təxirə salınıb)
"Zirə" - "Şamaxı" 0:1
"Zirə" - "Qarabağ" 1:3

Aslan Kərimov nə düşünür?

İlk 5 turdan sonra turnir cədvəlindəki durum barədə tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovun da fikirlərini soruşduq. Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Təbii ki, ilk 5 tur başlanğıc deməkdir. İlk 4 pillədə "Turan Tovuz", "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" yer alıb. Bunlardan ikisinin - "Qarabağ"la "Sabah"ın liderlər qrupunda qərarlaşacağı öncədən bəlli idi. "Qarabağ" yenə çempionluğa ən real namizəddir. Komandaların gerçək potensialını nəzərə alsaq, "Qarabağ" yenə də çox irəlidədir.

Hə, Avropa Liqasının yeni formatı Ağdam təmsilçisinə müəyyən maneələr yaradacaq. Bu, digərləri üçün yaxşı bir şans ola bilər. Amma ümumi götürsək, hansısa komandanın onları qabaqlaya bilməsi çətin məsələdir. "Turan Tovuz"la "Araz-Naxçıvan"ın hazırki yerlərində qalıb-qalmayacaqları isə indilik şübhə doğurur. Düşünürəm ki,Tovuz təmsilçisi xoş startla diqqət çəksə də, zirvədə çox qala bilməyəcək. Amma avrokuboklar uğrunda mübarizə aparmaq şansı çoxdur. İlk 5 oyun "Turan Tovuz"un avrokuboklara vəsiqə uğrunda mücadilə edən komandalardan birinə çevriləcəyini söyləməyə əsas verir. "Araz-Naxçıvan"ın potensialı çox deyil. Elmar Baxşıyev əlindən gələni etməyə çalışır. Təbii ki, oynayacaqlar, ancaq bu mövqedə möhkəmlənmək planını həyata keçirmək çətin olacaq. 4-cü yer uğrunda "Neftçi", "Zirə", "Sumqayıt" və digərləri ilə rəqabət aparmaq asan alınmayacaq. Maddi durum önəmli şərtlərdən biridir. Komandanı hər oyuna yaxşı hazırlamaqla iş bitmir. Elə məqamlar var ki, büdcə amili sözünü deyir. İstər-istəməz oyunçu potensialı hədəfə çatmağa imkan verməlidir. Məni daha çox təəccübləndirən "Neftçi"nin 5 turdan sonra son pillələrdə mövqe tutmasıdır. Açığı, bu qədər dəyişiklikdən sonra onları ilk "5lik"də görməmək sürprizdir".

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

Facebookdan bizi izləməyi unutmayın.
X