"Qalatasaray" klubunun futbol direktoru Cenk Ergün klubun transferl siyasəti ilə bağlı tənqidlərə görə postundan ayrılıb.
Fanat.Az xəbər verir ki, klub funksioneri istefa qərarını sosial şəbəkə hesabında paylaşım edərək açıqlayıb:
“Bu gün İdarə Heyətinin sədri cənab Dursun Aydın Özbekə yazılı şəkildə bildirdiyim kimi, klubumuzdakı vəzifəmdən istefa verdim. Mövcud vəziyyətin klubuma xələl gətirməməsi və adımın daha da gözdən salınmaması üçün verdiyim qərarı sizinlə bölüşürəm. Yaxın günlərdə geniş açıqlama verəcəyəm və ictimaiyyətə təqdim edəcəyəm”.
Qeyd edək ki, "Qalatasaray" "Roma"nın oyunçusu Nikola Zalevskinin transferini gerçəkləşdirə bilmədiyi üçün tənqid olunur. İstanbul nəhəngi İtaliya klubu ilə razılığa gəlib, ancaq futbolçunun tələblərini yerinə yetirə bilməyib.
Mirağa