"Real Madrid" qapıçısı Andrey Luninlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Ukrayna millisinin qolkiperi müddəti 2030-cu ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Daha öncə sözügedən futbolçunun klubun prezidenti Florentino Pereslə görüşdüyü və ona komandadan getmək istədiyini çatdırdığı barədə məlumatlar dərc edilmişdi.
Qeyd edək ki, 25 yaşlı Lunin 2018-ci ildən "Real"dadır. Ötən mövsüm "Kral klubu"nun forması ilə 31 matça çıxan "çərçivə" qoruyucusu 32 qol üzülüb. O, bu qarşılaşmaların 12-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Nihat